33 il itkin kimi qeydiyyatda olan şəhid Zibeydə Əhmədova dəfn edildi

33 il itkin kimi qeydiyyatda olan şəhidin Zibeydə Əhmədova Xocalı rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon sakinləri, dövlət rəsmləri, şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral Xocalı faciəsi zamanı itkin düşüb.

xxx
11:38

 

33 il itkin kimi qeydiyyatda olan şəhidin Zibeydə Əhmədova Xocalıda vida mərasimi keçirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, mərasimdə rayon sakinləri, dövlət rəsmləri, şəhidin yaxınları iştirak edirlər.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Əhmədova Zibeydə Bədəl qızı 26 fevral Xocalı faciəsi zamanı itkin düşüb. O, Xocalı rayon Şəhidlər xiyabanında torpağa tapşırılacaq.