Azərbaycanın Türkiyədəki Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır - SƏRƏNCAM

Bakı. Trend:

Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.