Rusiya sülhməramlıları Qarabağdakı daha üç postunu bağlayıb

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri Əsgəran, Şuşa və Ağdərədə keçmiş təmas xətti boyunca daha üç müvəqqəti müşahidə məntəqələrini bağlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən də Rusiya MN adıçəkilən ərazilərdə müşahidə postlarını bağladığını açıqlamışdı.