İranın Naxçıvana dron hücumları nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb - RƏSMİ

İran tərəfindən Naxçınava edilən dron hücumları nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında bildirilir.

 

“Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik”,-XİN-in bəyanatında bildirilib.