Türkiyə XİN İranın Azərbaycana PUA hücumu ilə bağlı bəyanat yayıb

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyirik.

Trend xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran hücumlara dərhal son qoyulmasının zəruriliyini bir daha vurğulayırıq.

Türkiyə, hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.