Kaya Kallas: Avropa İttifaqı Körfəz ölkələrinin neftindən asılı deyil

Avropa İttifaqı neft tədarükü məsələsində Körfəz ölkələrindən asılı deyil və yanacaq çatışmazlığı yaşamır, ona görə də Yaxın Şərqdə enerji tədarükü ilə bağlı gərginlik ittifaqa təsir göstərmir.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas bunu üzv ölkələrin xarici işlər nazirlərinin Körfəz ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri ilə onlayn görüşündən öncə jurnalistlərlə söhbətində deyib.

Kaya Kallasın sözlərinə görə, Avropa İttifaqı Körfəz ölkələrinin neftindən asılı deyil, lakin bazarda qiymətlər artarsa, bu, Brüsselə də təsir edəcək.