Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri Ermek Koşerbayev və Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdə mövcud vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Türkiyə tərəfi ölkəsinə və Azərbaycanın ərazilərinə edilən hücumlarla bağlı ciddi narahatlığını ifadə edib.
Xarici siyasət idarələrinin rəhbərləri iqtisadi-ticarət münasibətlərin daha da genişləndirilməsinə qarşılıqlı sadiqliyi təsdiqləyiblər. Danışıqların yekununda iki ölkənin xarici işlər və nəqliyyat nazirlikləri səviyyəsində görüşün keçirilməsi barədə razılıq əldə olunub.