“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə səhər saatlarından 36 nəfər təxliyə olunub
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 09:00-dan 14:00-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 38 nəfər təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.
Təxliyə olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır. Onların 34 nəfəri Çin, 2 nəfəri Nigeriya, 1 nəfəri Amerika Birləşmiş Ştatları, 1 nəfəri isə Pakistan vətəndaşıdır.
Təxliyə olunan şəxslər sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.