Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti ilə yadda qalacağı qaçınılmazdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Kanala müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.
Qeyd edilib ki, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili, bu istiqamətdə təhlükəsizliyə zəmanət verilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi kimi sahələrdə Üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini son üç il ərzində yerinə yetirməyən Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti ilə yadda qalacağı qaçınılmazdır.
"Azərbaycanın İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan daim alternativ yollardan istifadə edərək bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir", - deyə bildirilib.