NATO qoşunları komandanlığı Türkiyənin Malatya vilayətində “Patriot” raket sistemlərinin yerləşdirilməsi qərarına gəlib. Bu qərar Türkiyə Silahlı Qüvvələri tərəfindən görülən təhlükəsizlik tədbirlərinə əlavə olaraq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu açıqlamanı martın 10-da verib.
Müdafiə Nazirliyi İranın ballistik raketlərinin Türkiyənin cənub ərazisi üzərində vurulması faktını xatırladıb və bildirib ki, bu, hava və raketdən müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edib.
Milli Müdafiə Nazirliyi NATO-dakı müttəfiqləri ilə sıx əməkdaşlığa və məsləhətləşmələrə xüsusi diqqət yetirib, Ankaranın regionda sülhə və sabitliyə töhfə vermək öhdəliyini qeyd edib.