Livanın səfiri: Romadakı iftar mərasimi dini dialoqu təşviq etmək və inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir

Romada iftar mərasimi həm Azərbaycan, həm də Mərakeş tərəfindən irəli sürülmüş böyük təşəbbüsdür. Çünki bu tədbir dini dialoqu təşviq etmək və inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən Romada təşkil olunan iftar mərasimində iştirak edən Livan səfiri Fadi Assaf deyib.

Müxtəlif dinlərin nümayəndələrinin tədbirdə iştirakının dinlərarası dialoqun bariz göstəricisi olduğunu vurğulayan səfir bildirib: “Ramazan ayında təşkil olunan bu iftar mərasimində biz digər monoteist dinlərin də nümayəndələrini görürük. Burada xristianlar, yəhudilər və əlbəttə ki, müsəlmanlar iştirak edirlər və bu təşəbbüsü yerində görmək bizim üçün çox vacibdir”.