Milli Məclisin nümayəndə heyəti Riqada Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan–Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri Riqada görüşlər keçirirlər.

Trend xəbər verir ki, nümayəndə heyətinə Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, işçi qrupun rəhbəri Kamran Bayramov və qrupun üzvü, deputat Fazil Mustafa daxildir.

Azərbayacan parlamentariləri martın 9-da Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze ilə görüş keçiriblər.

Görüş zamanı tərəflər iki ölkə arasında aqrar sahədə əməkdaşlıq potensialını müzakirə ediblər.