Malayziyanın rəsmi xəbər agentliyi Bernama AZƏRTAC-ın Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İrana humanitar yardım göndərilməsi barədə xəbərini saytına yerləşdirib.
Qeyd olunur ki, 30 tonluq humanitar yük Azərbaycanın müvafiq qurumu tərəfindən İrana yola salınıb. Bernama humanitar yardıma ərzaq, dərman və tibbi ləvazimatların daxil olduğunu yazır.
Xəbərdə humanitar yardımın Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunduğu bildirilib.