TDT-nin baş katibi Türkiyənin ədliyyə naziri ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüraliyev Ankarada Türkiyənin ədliyyə naziri Akın Gürlek ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsi və Türk dövlətləri arasında hüquqi ekspertiza mübadiləsinin genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Bu çərçivədə məhkəmə-hüquq sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, hüquqi çərçivələrin uyğunlaşdırılması, eləcə də üzv və müşahidəçi dövlətlər arasında potensialın gücləndirilməsi proqramlarının dəstəklənməsinə yönəlmiş birgə təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetirilib.

Tərəflər TDT çərçivəsində məhkəmə-hüquq sahəsində sıx əməkdaşlığın davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində hazır olduqlarını ifadə ediblər.