Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edilib.

Trend-in məlumatına görə, bəyanatda bildirilib ki, Prezident İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycan böyük inkişaf yolu keçib, əhəmiyyətli nailiyyətlər əldə edib.