“McKinsey” təşkilatının araşdırmalarına əsasən, qlobal səviyyədə 2025-ci il ərzində 2 kvadrilyon ABŞ dolları həcmində 3.6 trilyon ədəd ödəniş əməliyyatı emal olunub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ildə dərc olunmuş “Beynəlxalq ödənişlər hesabatı”na əsasən, 2024-cü ildə qlobal elektron ticarət əməliyyatlarının həcmi 6.8 trilyon ABŞ dolları təşkil etdiyi halda, 2030-cu ildə müvafiq göstərici 10.8 trilyon ABŞ dollarına yüksələcək.
Eyni zamanda bildirilib ki, 2024-cü il ərzində qlobal miqyasda elektron ticarət əməliyyatlarının 57%-i mobil cihazlar vasitəsilə icra olunduğu halda, 2030-cu ildə elektron ticarət əməliyyatlarının 64%-nin mobil cihazlar vasitəsilə icra olunacağı proqnozlaşdırılır.