Azərbaycan hökuməti İrandan Çin vətəndaşlarının təxliyəsinə fəal şəkildə kömək göstərib və Astara sərhəd-keçid məntəqəsi vasitəsilə sərhədi keçən 600-dən çox Çin vətəndaşına yardım edib.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə bildirib.
“Bu, ölkələrimiz arasında siyasi etimadın və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi”, – deyə o bildirib.
L.Mey vurğulayıb ki, Çin tərəfi göstərilən yardımı yüksək qiymətləndirir.
“Bu fürsətdən istifadə edərək, göstərilən dəstək və köməyə görə Azərbaycan hökumətinə səmimi təşəkkürümü bildirmək istərdim”, – deyə səfir qeyd edib.