2025-ci ildə repatriasiya edilən Azərbaycan vətəndaşlarının sayı məlum olub

Hesabat ilində ölkəyə repatriasiya edilmiş 37, ümumilikdə 255 nəfər Azərbaycan Respublikası vətəndaşının sosial reinteqrasiyası və sosial reabilitasiyası həyata keçirilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

 

Bildirilib ki, sözügedən 37 nəfərdən 33-ü Suriya, 1-i Rusiya, 3-ü isə Fələstindən repatriasiya edilib.