Təxliyə davam edir: 16 hindistanlı tələbə və digər xarici vətəndaşlar Azərbaycana daxil olub

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tehranda tibb sahəsi üzrə təhsil alan 16 Hindistan vətəndaşı olan tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bundan əlavə, 3 Tacikistan vətəndaşı və Rusiyanın 1 vətəndaşı da müvafiq sənəd yoxlanışı və digər prosedurlar həyata keçirildikdən sonra sərhəd-keçid məntəqəsindən keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə buraxılıb.

Hazırda təxliyə prosesi aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.