Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təxliyə zamanı 3 Əlcəzair, 2 Avstraliya və 4 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.