Alparslan Bayraktar: Regiondakı son hadisələr Türkiyənin enerji müstəqilliyinin vacibliyini göstərdi

Türkiyə tam enerji müstəqilliyinə nail olmağı hədəfləyir ki, bu da iqtisadi özünütəminetmə ilə eynidir və milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar paytaxtdakı orta məktəbdə şagirdlərlə söhbətində bildirib.

O qeyd edib ki, regionda baş verən son hadisələr Türkiyənin enerji idxalından asılılığına son qoymasının əhəmiyyətini və təcililiyini bir daha nümayiş etdirib.

Nazir deyib: “Biz Türkiyənin resurslarının, o cümlədən bərpaolunan enerji sahəsindəki potensialını maksimum dərəcədə artırmaq üçün yorulmadan çalışırıq”.

A. Bayraktar, həmçinin ölkənin minlərlə yüksəkixtisaslı kadra ehtiyacını vurğulayıb və gəncləri Türkiyənin gələcəyinə töhfə verməyə çağırıb.