İran səfiri: İlk humanitar yardımın Azərbaycandan göndərilməsini çox yüksək qiymətləndiririk

Azərbaycan tərəfindən İrana ikinci dəfədir humanitar yardım göndərilir. Fürsətdən istifadə edib, Azərbaycan Hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Bu, bizim müştərək mədəniyyətimizdən irəli gəlir ki, çətin günlərdə bir-birimizə kömək göstəririk. Novruz bayramı ərəfəsində bu müsbət addım və xoş niyyət İran tərəfindən çox yüksək qiymətləndirilir. Ümid edirik ki, gələn bayramları birlikdə qeyd edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O bildirib ki, İrana ilk humanitar yardımın Azərbaycandan göndərilməsi çox xoş haldır və yüksək qiymətləndirilir. Hətta bəzi ölkələr Azərbaycan Respublikası ərazisindən istifadə edərək İrana humanitar yardım etmək üçün müraciət ediblər.