Hindistanlı həkimlər və tələbələr İrandan təxliyə olunublar

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında Hindistan vətəndaşları olan həkimlər və tələbələr təhlükəsiz şəkildə İrandan təxliyə ediliblər.