Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi şəhərinə səfər edib. Separatçı liderlərin ofislərindən birinə baxış keçirən dövlət başçısı masanın üzərindəki “böyük Ermənistan”ın psevdotarixi xəritəsinə diqqət yetirib.
“Bunların xəstəliyi bax, budur, “böyük Ermənistan”, onları bədbəxt edən də budur”, - deyə Prezident İlham Əliyev bildirib.