İsrail İranın hərbi dəniz komandirini zərərsiləşdirib

İsrailin Bəndər-Abbasa endirdiyi hava zərbəsi nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandiri kontr-admiral Əlirza Təngsiri öldürülüb.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” israilli rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Təngsiri Hörmüz boğazının gəmi ilə yükdaşımaları üçün bloklanmasında əsas məsul şəxs olub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.