Ötən ay 75 nəfər Azərbaycana geri qaytarılıb

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2026-cı ilin mart ayı ərzində 75 şəxsin ölkəyə readmissiyası(geri qaytarılma) həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.