Tufan Erhürman Şimali Kipr və Türkiyə bayraqlarının yandırılması ilə bağlı təxribatı pisləyib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman adanın yunan hissəsində Türkiyə və Şimali Kipr bayraqlarının yandırılması ilə bağlı təxribatı pisləyib.

AZƏRTAC xəbər verir ki, o, Cənubi Kiprdə baş verən hadisəni “ağılsızlıq” və “mədəniyyət çatışmazlığının göstəricisi” adlandırıb.

“Adanın cənubunda, xüsusilə dini tədbirlər çərçivəsində milli bayraqların yandırılması ölkələrimizin simvollarına və ya vətəndaşlarına heç bir zərər vermir. Biz bu cür düşüncəsiz hərəkətlərdən heç nə itirmirik”, – deyə Kipr türklərinin lideri vurğulayıb.

Onun sözlərinə görə, “tez-tez müşahidə olunan mədəniyyət çatışmazlığı təzahürləri Türkiyə tərəfi üçün deyil, daha çox yunan kiprli liderlərin özləri üçün problemdir və onlar bu cür təxribatları pisləməlidirlər”.

Dünən Nikosia şəhərində Pasxa bayramı şənlikləri zamanı Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin bayraqlarının yandırılması ilə bağlı hadisə baş verib.

Bir qrup radikal şəxs EOKA terror təşkilatını dəstəkləyən şüarlar səsləndirərək bayraqları və Hulusi Akarın təsvir olunduğu plakatı yandırıb.

Akar sosial media paylaşımlarında çox vaxt “ŞKTC” abreviaturası əvəzinə, “KTC” (Kipr Türk Cümhuriyyəti) ifadəsini istifadə edir.