Türkiyə siyasətçisi Ankaranın iştirakı ilə Ümumdünya Sülh Şurasının yaradılmasına çağırıb

Üçüncü Dünya müharibəsi riskinin artması fonunda BMT-nin rəhbərliyi altında ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqından ibarət Ümumdünya Sülh Şurası mexanizminin yaradılması tarixi bir zərurətə çevrilib. Tarixi məsuliyyətini dərk edən Ankara bu rolu öz üzərinə götürməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu bəyanatı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli partiyanın parlament fraksiyasının Ankarada keçirilən iclasında çıxışı zamanı verib.

Siyasətçi İran ətrafındakı böhrana diqqət çəkərək vurğulayıb ki, hərbi əməliyyatların müvəqqəti dayandırılması problemlərin həlli demək deyil, əksinə, tərəflərin həm döyüş meydanında, həm də danışıqlar masasında mövqelərini dəyişdirdiyi “keçid mərhələsi” kimi qiymətləndirilməlidir.

“Atəşkəs hərtərəfli razılaşma deyil, əhəmiyyətli nailiyyətlər əldə edilmədiyi bir vaxtda qarşıya qoyulan məqsədlərə çatmaq üçün vəziyyəti təhlil etməyə imkan verən fasilədir. Eyni zamanda, bu ziddiyyətlərin uzunmüddətli həlli üçün təməllərin çox sarsılmaz olduğunu qəbul etmək lazımdır”, -deyə o bildirib.