Sahibə Qafarova Türkiyəyə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, spiker Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün İstanbula gedib.

İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.