Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Avropa ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Bunu Latviyanın xarici işlər naziri Bayba Braje Antalya Diplomatiya Forumu çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Nazir bildirib ki, ölkəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş razılaşmaları alqışlayır.
“Bu razılaşmalar onilliklər davam edən münaqişənin başa çatdırılması yolunda mühüm irəliləyişdir. Latviya Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesini tam dəstəkləyir və burada hər iki tərəfin davamlı konstruktiv qarşılıqlı fəaliyyətini müşahidə edirik. Latviya hesab edir ki, beynəlxalq ictimaiyyət bu prosesə töhfə verməli və onu dəstəkləməlidir. Yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasına əhəmiyyətli töhfə verəcək, eyni zamanda, o cümlədən əlaqəlilik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.