Qarabağda bərpa-quruculuq işləri tam sürətlə davam edir. İşğaldan azad edilən ərazilərdə l Dövlət Proqramının sonuncu ili tamamlanır.
Trend xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
E.Hüseynov qeyd edib ki, bu dövr ərzində 30 mindən çox məcburi köçkün işğaldan azad edilən ərazilərə köçürülüb. Ümumilikdə 70 mindən çox insan işğaldan azad ərazilərdə yaşayır, işləyir və təhsil alır.
“Bu gün 92 ailə Ağdam şəhərinə köçürülüb və proses hər gün daha geniş vüsətlə davam etdirilir. Bu il işğaldan azad edilən ərazilərə köç prosesi pik həddə çatacaq. Təkcə Ağdama 20 minədək əhalinin köçürüləcəyi proqnozlaşdırılır. Xocavənd və Füzuli rayonlarına 15 min əhalinin köçü nəzərdə tutulub. Xocavənd də 25 yaşayış məntəqəsinin üzərində bərpa-quruculuq işləri davam etdirilir”, - o əlavə edib.