“Bu gün türk dövlətləri müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirirlər. Bura ən müxtəlif sahələr, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, diaspor daxildir”.
“Report” xəbər verir ki, bunu Türk Dünyası Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım oktyabrın 23-də “Türk Dövlətləri Təşkilatının Baş Prokurorlarının 2-ci Şurası”nın açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, noyabrın 2-də Qazaxıstanda TDT-nin zirvə görüşü keçiriləcək: “Həmin toplantıda quruma sədrlik Qazaxıstana veriləcək”.