NATO xilas edilə bilər, amma bunun üçün o, transformasiya olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-nin NATO-dakı sabiq daimi nümayəndəsi İvo Daalder “Politico” nəşri üçün yazdığı məqalədə ifadə edib. “NATO xilas ola bilərmi? ABŞ Prezidenti Donald Tramp alyansı pisləməyə və onu tamamilə tərk etməklə hədələməyə başladıqdan sonra bu sual mənə getdikcə daha tez-tez verilir”, - deyə Daalder bildirib. Sabiq daimi nümayəndə qeyd edib ki, Vaşinqtonun tənqidlərinə tab gətirmək üçün “tamamilə fərqli bir alyans yaratmaq” lazımdır.
Daalderin sözlərinə görə, müdafiə xərclərinin artmasına baxmayaraq, Avropanın Rusiyaya qarşı effektiv maneə yaratması üçün bir neçə il lazım gələcək. ABŞ-nin rolunu tam əvəzləmək isə on il çəkə bilər.