Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.
Trend-in məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçiriləcək.
İclasda MSK-nın yeni sədri, sədr müavini və katibləri seçiləcək.
Qeyd edək ki, əvvəlki tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır.