Paşinyan Ermənistan-Azərbaycan sərhədində dəyişikliklərin anonsunu verdi

Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası yaxın vaxtlarda davam etdiriləcək.

Trend erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan MTX-nin Sərhəd qüvvələrinin yaradılması ilə bağlı təntənəli tədbirdə çıxışı zamanı bildirib.

“Biz sərhədin delimitasiyası və demarkasiyası haqqında danışarkən istəyirik ki, hərbi qulluqçular daimi dislokasiya yerlərində xidmət etsinlər. Onlar onilliklərdir ki, səngərlərdə və məlum səbəblərdən şəraiti heç də ən yaxşı olmayan mövqelərdə xidmət aparırlar”, – deyə o qeyd edib.

Paşinyan həmçinin əlavə edib ki, gələcəkdə Azərbaycanla sərhəddə yerləşən istehkamlar və müdafiə qurğuları sərhəd qoşunlarına təhvil veriləcək.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.