Türkiyənin yeni kamikadze dronu təqdim olunub (VİDEO)

Türkiyənin "Baykar" şirkəti süni intellektlə idarə olunan kamikadze tipli “Mizrak” pilotsuz uçuş aparatı (PUA) modelini təqdim edib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Şirkət onun "SAHA 2026" sərgisində ictimai təqdimatı ərəfəsində döyüş atışlı sınaqlardan görüntülər nümayiş etdirib.

 

Sistem müəyyən edilmiş ərazidə patrul aparmaq, hədəfləri avtonom şəkildə aşkar etmək və GPS siqnalı olmadıqda belə dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir. Aparat “sürü” tərkibində əməliyyatlar və uzun mənzilli missiyalar (1 000 km-dən artıq) üçün nəzərdə tutulub.