Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərinin çox mühüm bir hadisə olduğunu bildirib.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, o bu barədə brifinqdə danışıb.
“İki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərlərini sülh prosesi məntiqi çərçivəsində tarixi hesab edirəm. Bu mərhələyə çatdığımız üçün çox şadam”, – deyə o bildirib.
Paşinyan bildirib ki, normal və uzunmüddətli perspektivdə mehriban qonşuluq münasibətləri qurulmalıdır.