Qarabağa səfərim çox müsbət təəssürat yaratdı, bölgənin bərpa və inkişaf tempi isə həqiqətən təqdirəlayiqdir.
Bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao AZƏRTAC-a verdiyi müsahibədə bildirib.
“Qarabağda olduğumuz üçün çox məmnunuq. Artıq Xankəndi şəhərində Xocalı Soyqırımı Qurbanlarının Xatirə Abidəsini və Zəfər Parkını ziyarət etmişik”, - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, şəhərsalmada baş verən dəyişikliklər və bölgənin inkişaf miqyası olduqca əhəmiyyətlidir. “Şəhərsalmada baş verən inkişaf və dəyişikliklər çox əhəmiyyətlidir. Bu yeri ziyarət etmək fürsətinə sahib olduğumuz üçün şadıq”, - deyə Din Tao vurğulayıb.
O, həmçinin Qarabağdakı bərpa və inkişaf prosesləri ilə tanış olmaq imkanına görə minnətdarlığını bildirib.