Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb

Düşənbə, 6 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.

DHA Press xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.