İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.