Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb

Ağdam və Xocavəndə növbəti köç karvanı yola salınıb.

Trend xəbər verir ki, mayın 8-də növbəti köç karvanı Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə yola salınıb.

 

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 41 ailə - 156 nəfər, Xocavənd şəhərinə isə 57 ailə - 206 nəfər köçürülüb.