Son görüşdə üç sənəd layihəsi barədə razılığa gəldik - Mqer Qriqoryan

Son görüşdə gələcək fəaliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən üç sənəd layihəsi barədə razılığa gəldik.

Trend xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan və Azərbaycanın delimitasiya məsələləri üzrə müvafiq komissiyalarının işindən danışarkən bildirib.

"Bu sənədlər proseduru təsvir edirlər, daha çox texniki xarakter daşıyırlar. Lakin yenə də onlar vacibdirlər, çünki biz bu sənədlərə uyğun hərəkət etməyə davam etməliyik. Bu sənədlər açıqdır, hər iki ölkədə daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir və buna uyğun olaraq mətnlə də tanış olmaq mümkün olacaq", - deyə o bildirib.