Növbəti köç karvanı Xocavəndə və Qırmızı Bazar qəsəbəsinə yola salınıb

Növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə yola düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər olub.

 

Bu mərhələdə Xocavənd şəhərinə 6 ailə olmaqla 24 nəfər, Qırmızı Bazar qəsəbəsinə 6 ailə olmaqla 24 nəfər, Xocavənd kəndinə isə 6 ailə olmaqla 20 nəfər köçürülür.

Xəbər yenilənəcək