Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Trend xəbər verir ki, Ermənistana 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda göndəriləcək.

Vaqonlar "Biləcəri" stansiyasından yola salınacaq.