WUF13-ün ilk gününün yekunlarına dair bəyanat səsləndirilib

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk gününün yekunlarına dair yekun bəyanat səsləndirilib.

Trend xəbər verir ki, bəyanat mətnini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev oxuyub.

 

Bəynatda qeyd olunub ki, mənzil çatışmazlığını iqlim məsələlərindən ayırmaq olmaz.

“Azərbaycan WUF13 çərçivəsində qazandığı təcrübə digər tərəfdaş ölkələrlə də bölüşüləcək”,-deyə bəyanatda bildirilib.