Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır - UN-Habitat rəsmisi

Bu gün WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşündə dayanıqlı şəhər məsələsi, mənzillər, torpaqlara əsasən xidmətlər və digər məsələlərə toxunuldu.

Trend xəbər verir ki, bu fikirləri Un-habitatın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası”nda deyib.

 

Un-habitat rəsmisinin sözlərinə görə, növbəti 10 il icra dövrü olmalıdır.

“Bunun üçün maliyyə, yerli qaynaqlar və daha çox məlumata ehtiyac var. Nazirlərin bu günkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır. Bugünkü müzakirələr yüksək səviyyəli görüşün hazırlanmasına xidmət edəcək. Çiyinlərimizə yeni məsuliyyətlər qoyulur. Bakı iclaslarını gəlin Nyu-Yorkda davam etdirək”, - deyə R. Tuts əlavə edib.