Bakı-Tbilisi sərnişin qatarının açılması istiqamətində fəaliyyət davam etdirilir - Hikmət Hacıyev

Gürcüstanla Azərbaycan arasında Bakı-Tbilisi sərnişin qatarının açılması məsələsi müzakirə olunub. Hər iki liderin verdiyi tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev qeyd edib ki, bu gün hər iki ölkənin hökumətləri tərəfindən birgə kommünike qəbul olunaraq Bakı-Tbilisi sərnişin qatarının açılması məsələsi ictimaiyyətə elan edilib.

“Bu istiqamətdə işçi qaydada fəaliyyət davam etdirilir. Hazırda məsələlər ilkin mərhələdə müzakirə olunur”,-deyə o əlavə edib.