Mərakeşin səfiri: Afrika ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur

Dəyişən kontekstdə Afrika ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur. Afrika və Azərbaycan suverenlik və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa sadiqlik, çoxtərəfli əməkdaşlığın dəstəklənməsi və Cənub-Cənub əməkdaşlığına dəstək kimi mühüm prinsipləri paylaşırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.

“Biz inanırıq ki, Afrika–Azərbaycan tərəfdaşlığının təhsil, ticarət, enerji və nəqliyyat əlaqələrinin inkişafı üçün hələ istifadə olunmamış böyük potensial mövcuddur", - deyə səfir vurğulayıb.