Azərbaycanda 40 Afrika ölkəsindən 360-dan çox tələbə təhsil alır

Son illər ərzində Azərbaycanın Afrika ölkələri ilə münasibətləri nəzərəçarpacaq dərəcədə daha da yaxınlaşıb və aktivləşib. Biz bunu Azərbaycanda təhsil alan afrikalı tələbələrin sayının artmasında görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.

O bildirib ki, bu gün Azərbaycan universitetlərində 40 Afrika ölkəsindən 360-dan çox tələbə təhsil alır.