Nazir müavini: Mərkəzi Afrika Respublikası ilə diplomatik əlaqələrin bu ilin sentyabr ayında qurulması planlaşdırılır

Son illərdə Azərbaycanın Afrika ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib. Siyasi dialoq daha da intensivləşib, diplomatik əlaqələr artıb və müxtəlif sahələr üzrə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Təkcə ötən ildən etibarən Afrika ölkələri ilə 12 siyasi məsləhətləşmə keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda söyləyib.

O bildirib ki, hazırda Azərbaycan Mərkəzi Afrika Respublikası istisna olmaqla bütün Afrika ölkələri ilə diplomatik münasibətlərə malikdir. Həmin ölkə ilə də diplomatik əlaqələrin bu ilin sentyabr ayında qurulması planlaşdırılır.